Əgər təyyarə vurulubsa, kiminsə sağ qalması möcüzədir.
KONKRET.az xəbər verir ki, bunu “Boinq” təyyarələrinin təlim kapitanı, aviasiya eksperti Ceyms Şepard bildirib.
“Əgər təyyarə vurulubsa – quyruğundakı qəlpə zədələnməsinə əsasən belə görünür – o zaman uçuş heyətinin onu havada və uzun müddət nəzarət altında saxlaması heyrətamizdir. Kiminsə sağ qalması isə möcüzədir”, – o bildirib.
Qeyd edək ki, Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktauda qəzaya düşüb. Qəza nəticəsində göyərtədə olan 67 sərnişin və ekipaj üzvündən 29 nəfər sağ qalıb.
Quyruğundakı dəliklər təyyarənin qəlbədən zədələndiyi haqda ehtimal yaradıb./axaraz