“Rusiya prezidenti Vladimir Putinin çevrəsində onu hakimiyyətdən uzaqlaşdırmağa hazır olan insanlar var”.
KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı publisist və politoloq Andrey Piontkovski deyib.
O qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi uzun sürməyəcək.
“Uzun müharibə anlayışı ola bilməz. Baxın, bu gün cəbhədə vəziyyət Ukrayna tərəfi üçün kifayət qədər uğurla inkişaf edir. Ukraynada F-16 və ATACMS olsaydı, Qarabağdakı kimi hər şey sürətlə olardı. Təsəvvür edin ki, indi iki yüz F-16 və iki yüz ATACMS var. Nə qədər müharibədən danışa bilərik? Bütün bunlar Azərbaycanın Qarabağdakı antiterror əməliyyatı ilə təxminən eyni vaxtda başa çatacaqdı, – politoloq qeyd edib.
Günel Mikayılova,
KONKRET.az