Sumqayıt şəhərində pişiyə qarşı rəhmsiz rəftar edən şəxs məsuliyyətə cəlb edilib.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Polis əməkdaşları tərəfindən heyvanla rəhmsiz rəftar edən 1990-cı il təvəllüdlü şəxs müəyyən olunaraq polis bölməsinə çağırılıb.
Onun barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
