Pitbull sahibinin azyaşlı qızını ad günündə öldürdübackend

Pitbull sahibinin azyaşlı qızını ad günündə öldürdü

Braziliyada pitbull öz sahiblərinin kiçik qızını öldürüb.

KONKRET.az lent.az-a istinadla xəbər verir ki, iki yaşlı Oliviyanın valideynləri yaxınlarının xəbərdarlıqlarına baxmayaraq, yetkin bir pitbul alıblar. Qohumlar onları dəfələrlə xəbərdar etsə də, faydası olmayıb.

Faciə qızcığazın ad günü günü baş verib – balaca qız həyətə qaçıb, pitbull isə onun üstünə atılaraq boğazından yapışıb. Nəticədə qız ölüb.

Həyətə çıxan valideynlər uşağın cəsədini itdən ala bilməyiblər və polis çağırmaq məcburiyyətində qalıblar.

Polislər qəzəbli itin sakitləşdirilməsi üçün ona üç dəfə atəş açmalı olublar. Yalnız bundan sonra it çənəsini açaraq uşağın cansız bədənini buraxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*