Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzində Plastik və rekonstruktiv cərahiyyə şöbəsi yaradılıb.
KONKRET.az xəbər verir ki, bunu səhiyyə nazir Teymur Musayev parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
Nazir əlavə edib ki, adları siyahıda olan 42 nəfər plastik cərrah orada fəaliyyətə cəlb ediləcək.