Plastik cərrahlarla bağlı şikayətlər artıb – RƏSMİbackend

Plastik cərrahlarla bağlı şikayətlər artıb – RƏSMİ

Azərbaycanda ilin əvvəlindən başlayaraq plastik cərrahiyyə mövzusu gündəmdədir. Hüquq-mühafizə orqanları plastik cərrahlara saxta sertifikat verən bir sıra məmurlara qarşı əməliyyat aparıb.

Dövlət qurumları plastik cərrahları yenidən qeydiyyata alıb və 42 nəfərə bu sahədə işləmək üçün icazə verilib. Ancaq yenə sosial mediada və mətbuatda plastik cərrahlarla bağlı şikayətlər bitmək bilmir.

KONKRET.az xəbər verir ki, modern.az plastik cərrahlarla bağlı şikayətlərin sayını öyrənmək üçün Səhiyyə Nazirliyinə müraciət edib.

Qurumun Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, 2025-ci ilin son altı ayında Mərkəzə plastik cərrahiyyə ilə bağlı 12 rəsmi müraciət daxil olub.

Qeyd olunur ki, şikayətlər əsasən blefaroplastika əməliyyatı, həkimin sertifikatının olub-olmaması barədə, rinoplastika, tibbi təhsil olmadan həkim kimi işlə bağlı, otoplastika, lor həkimi olmasına baxmayaraq, saxta sənədlərlə plastik cərrah kimi çalışması və s. olub.

“Bütün bu müraciətlər araşdırılıb və operativ şəkildə plandankənar yoxlamalar açılıb və qanunvericiliyə uyğun müvafiq addımlar atılıb”, – Mərkəzdən verilən məlumatda deyilir.

Əlavə olaraq məlumatda qeyd edilib ki, Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzi tərəfindən vətəndaşların həyat və sağlamlığına real təhlükə yarada biləcək hallarla bağlı təsdiqedici sənədlərlə birgə daxil olan rəsmi müraciətlər əsasında araşdırmalar aparılır. Belə hallarda zərurət yarandıqda qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*