Podolyak: “Krım azad edildikdən sonra muxtariyyət statusu ləğv ediləcək”backend

Podolyak: "Krım azad edildikdən sonra muxtariyyət statusu ləğv ediləcək”

“Krım azad edildikdən sonra muxtariyyət statusu böyük ehtimalla ləğv ediləcək”.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak bildirib.

“Krım azad edildikdən sonra onun muxtariyyət statusu böyük ehtimalla ləğv ediləcək”, – o deyib.

Onun fikrincə, unitar dövlət daxilində muxtariyyətlərin mövcudluğu separatçı əhval-ruhiyyə üçün zəmindir.

“Aydındır ki, muxtariyyət aldıqdan sonra şüuraltı olaraq özünüzü digər bölgələrdən daha yaxşı hesab edirsiniz. Unitar dövlət üçün muxtariyyət təhlükəlidir və  regional səviyyədə münaqişəyə aparan yoldur”, – Podolyak qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*