Polad Bülbüloğlunun yayılmış videosu ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Polad Bülbüloğlunun yayılmış videosu ilə bağlı RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun özünü pis hiss etməsi ilə bağlı yayılan videomüraciət həqiqəti əks etdirmir. Bu video ilə bağlı tədbir görüləcək.

KONKRET.az xəbər verir ki, bu barədə “report”un Rusiya bürosuna Azərbaycanın Rusiya Federasiyasındakı diplomatik missiyasından məlumat verilib.

“Feysbuk sosial şəbəkəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından guya özünü pis hiss etməsi, həkimlərə müraciət etməsi və məcburi müalicə kursu keçməsi ilə bağlı videomüraciət yayılıb. Nəzərə çatdırırıq ki, “deep-fake” texnologiyası ilə hazırlanmış bu videomüraciət reallığa uyğun gəlmir və yalan məlumatları əks etdirir”,- səfirlikdən bildirilib.

  • GARACHANTA
    İyul 17, 2024 - 22:41

    milli incəsənət əsərlərimizi qara bazara satanlar odda yanmır suda batmır….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*