Polad Həşimovla bağlı film çəkilibbackend

Polad Həşimovla bağlı film çəkilib

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş sənədli filmlərin istehsalı davam edir. “Poladın izi ilə” adlanan sonuncu film Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova həsr olunub.

“Azərbaycanfilm” Kinostudiyasından KONKRET.az-a verilən xəbərə görə, 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimov haqqında çəkilmiş filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur. Çəkilişlər Bakıda və Qəbələdə aparılıb.

“Poladın izi ilə” sənədli filminin təqdimat mərasimi bu gün, saat 19:00-da Nizami Kino Mərkəzində olacaq. Mərasimdə Şəhid generalın ailə üzvləri, döyüş yoldaşları, dostları iştirak edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*