Polis 24 kq-dan artıq narkotik aşkarladıbackend

Polis 24 kq-dan artıq narkotik aşkarladı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 30-da ümumi çəkisi 24 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

KONKRET.az xəbər verir ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3 kiloqrama yaxın heroin, 19 kiloqramdan artıq marixuana, 2 kiloqrama yaxın metamfetamin olub.

Yabanı halda bitmiş 3206 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*