Polis Bakıda yolu bağlayan şəxs barəsində danışdı – VİDEObackend

Polis Bakıda yolu bağlayan şəxs barəsində danışdı - VİDEO

Sosial şəbəkələrdə Bakıda naməlum şəxsin küçədə avtomobil yolunu bağlaması və avtomobillərin hərəkətinə mane olması barədə video yayılıb.

KONKRET.AZ xəbər verir ki, videogörüntülərdə 1 nəfər avtomobil yolunu bağlayır, yüksək səslə sürücüləri narahat edir, avtomobillərin hərəkətinə imkan vermir.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır: “Videogörüntülərdə əks olunan hadisədən məlumatlıyıq. Hadisə ilə bağlı müvafiq rayon polis idarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, hadisəyə hüquqi qiymət veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*