Ermənistan Milli Təhlükəsizlik Xidməti iki gün əvvəl Arabkir polis idarəsində quraşdırılmış partlayıcı qurğu barədə yalan mesaj ötürən “telefon terrorçusunu” müəyyən edib.
KONKRET.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti hadisə ilə bağlı rəsmi məlumat yayıb. Mənbənin bildirdiyinə görə, 34 yaşlı İrəvan sakini K.S.-nin xuliqanlıq etdiyi ortaya çıxıb. Cinayətlə bağlı istintaq davam edir.