Polis əməliyyat keçirdi: Silahlı şəxslər yaxalandıbackend

Polis əməliyyat keçirdi: Silahlı şəxslər yaxalandı

Bakı və Sumqayıt sakinlərində silahlar aşkarlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ələsgərovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Rzayevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*