Polis İmran Xanı yenə həbs edə bilmədibackend

Polis İmran Xanı yenə həbs edə bilmədi

Pakistan polisi martın 15-də keçmiş Baş nazir İmran Xanı yenə həbs edə bilməyib.

KONKRET.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, İmran Xanın iqamətgahını tərəfdarları mühafizə edir. Bu səbəbdən polis qüvvələri binaya daxil olub hökumətin keçmiş başçısını həbs edə bilmir. İmran Xanın tərəfdarları ilə polis qüvvələri arasında yeni toqquşma baş verib.

Qeyd edək ki, martın 14-də polis İmran Xanın iqamətgahına daxil ola bilməyib.

Xatırladaq ki, keçmiş Baş nazir vəzifə səlahiyyətindən sui-istifadə edərək bahalı hədiyyə almaqda ittiham olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*