Polis külli miqdarda rüşvət alan məmuru yaxaladı – FOTOLARbackend

Polis külli miqdarda rüşvət alan məmuru yaxaladı - FOTOLAR

Kiyev şəhərinin hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna Antiinhisar Komitəsinin əməkdaşını rüşvət alarkən saxlayıblar.

KONKRET.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Komitə isə bu faktı inkar edir. İstintaqa görə, qadın əməkdaş qanun pozuntularına görə tətbiq olunan iki şirkətə verilən cərimənin azaldılmasına kömək edəcəyini vəd edib.

Bunun müqabilində 4 milyon qriven almaq istəyib. Rüşvətin ilk hissəsi – 600.000 qriven təhvil verilərkən soyğunçu tutulub.

Bu fakt üzrə Cinayət Məcəlləsinin 3-cü maddəsi ilə cinayət işi açılıb. Bu maddə ilə nəzərdə tutulan ən yüksək cəza əmlakı müsadirə olunmaqla 8 il həbsdir.

İstintaq hərəkətləri davam edir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*