Polis müdaxilə etdi: 17 yaşlı qızın toyu təxirə salındıbackend

Polis müdaxilə etdi: 17 yaşlı qızın toyu təxirə salındı

Zərdab rayonu ərazisində yerləşən “Natiq” şadlıq sarayında keçirilən toy məclisində gəlinin yetkinlik yaşına çatmadığı barədə polis şöbəsinə məlumat daxil olub. 

KONKRET.az “report”a istinadən xəbər verir ki, şöbə əməkdaşları məclisin keçirildiyi şadlıq sarayına gedərək qanunvericiliyə uyğun olaraq tədbirləri həyata keçiriblər.

Araşdırmalarla bəyin 32, gəlinin isə 17 yaşı olması müəyyən edilib. Hər iki tərəfin valideyləri ilə izahedici söhbətlər apılıb, qeyd edilən halın qanunvericiliklə qadağan olduğu izah edilib. Məclisin keçirilməsi isə təxirə salınıb.

Bundan əlavə, məclisin keçirilməsinə göz yuman şadlıq sarayının sahibi barəsində də inzibati qaydada protokol tərtib olunun və sonuncu məsuliyyətə cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*