Bakıda polis partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar aşkarlayıb.
KONKRET.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Sabunçu, Nəsimi və Xəzər rayonlarının ərazisində keçirdikləri reydlər nəticəsində ümumilikdə 8530 ədəd yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar aşkar edilərək götürülüb.