Polis sahibkarı külli miqdarda CƏRİMƏLƏDİ – FOTObackend

Polis sahibkarı külli miqdarda CƏRİMƏLƏDİ - FOTO

Oğuz Rayon Polis Şöbəsinin və digər aiddiyyatı qurumların əməkdaşları tərəfindən birgə keçirilən monitorinqlər zamanı rayonun Xaçmaz kəndi ərazisində yerləşən “Dream Park” restoranında təşkil edilən toy mərasimində pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, yoxlama zamanı bir masa arxasında müəyyən edilən say həddindən, yəni 6 nəfərdən artıq qonağın əyləşdiyi, eləcə də karantin rejiminin digər qaydalarına riayət edilmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı obyekti işlədən İqrar Məmmədov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat məbləğində cərimələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*