KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Polis Qərargah rəisi Armen Qukasyanın sədrliyi ilə Polis İntizam Komitəsinin növbəti iclası keçirilib. Polisin Daxili Təhlükəsizlik, Qanuni və Asayiş şöbələrinin müdirləri və Polisin İntizam Komissiyasına daxil olan qeyri-hökumət təşkilatlarının üzvləri iclasda iştirak ediblər. Bildirilib ki, polis əməkdaşları bəzən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cəmiyyətdə hüquq-mühafizə orqanlarının nüfuzuna ciddi zərbə vururlar. Sakinlərə kobud münasibət, qeyri-insani üsul, cinayət hallarına qarşı qətiyyətsilik polis orqanlarında rast gəlinən hallara çevrilib.
İclasda beş polis əməkdaşının rəsmi istintaqının materialları və nəticələri araşdırılıb və müzakirə edilib. Faktlar təhlil edildikdən sonra İntizam Komitəsi 4 zabita intizam tənbehi tətbiq etməklə işdən uzaqlaşdırılması haqqında qəarar qəbul edilib.