“Türkiyə ilə hərbi ittifaqı gücləndirməliyik!” – POLİTOLOQbackend

"Türkiyə ilə hərbi ittifaqı gücləndirməliyik!" - POLİTOLOQ

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək. Qeyd edək ki, bir neçə gün öncə Rusiya da Ermənistan birlikdə hərbi təlimlər keçirib.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu KONKRET.az-a açıqlama verib.

O, Rusiyanın Ermənistanla illər boyu müxtəlif hərbi təlimlər keçirdiyini xatırladıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri bildirib ki, bu iki ölkənin Tovuz istiqamətindəki döyüşlərdən sonra hərbi təlimlər keçirməsi Azərbaycan üçün xoş olmayan jestdir:

“Bu təlimin adı da çox maraqlı idi. Təlim “Pilotsuz uçuş təyyarələrə qarşı mübarizə metodları” adlanırdı. Bu da Azərbaycana qarşı üsul idi. Bəllidir ki, bölgədə məhz Azərbaycan bahalı pilotsuz uçuş təyyarələrə malikdir. Ölməmiz pilotsuz təyyarələr vasitəsi ilə düşmənə zərbələr endirir”.

Elxan Şahinoğlu Azərbaycanın öz hüququndan istifadə edərək Türkiyə ilə hərbi təlimlər keçirdiyini vurğulayıb:

“Bu günlərdə yeni təlimlər də başlayır. Azərbaycan Türkiyə ilə hərbi ittifaqı gücləndirmək qərarındadır”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*