Politoloq: “Bu il müharibənin yenidən başlaması riski çox yüksəkdir”backend

Politoloq: "Bu il müharibənin yenidən başlaması riski çox yüksəkdir"

“2024-cü ildə Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların yenidən başlaması riski çox yüksək olaraq qalır”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Respublikası Milli Assambleyasının keçmiş deputatı, politoloq, Azərbaycan üzrə ekspert Tatevik Ayrapetyan jurnalistə müsahibəsində vurğulayıb.

Ekspertin fikrincə, Bakı sazişin Azərbaycan Ermənistan qarşısında yeni şərtlər irəli sürür: “Sənəd Bakının Ermənistana qarşı müharibənin nəticələrini beynəlxalq aləmdə tanıtdırmaq məqsədi daşıyacaq. Bu kontekstdə sülhdən danışmağa ehtiyac yoxdur. Tarixdə elə bir hal olmayıb ki, qalib gələn tərəf hərbi təcavüz zamanı əldə etdiyi nəticələrlə məhdudlaşsın, o, getdikcə daha çox şey tələb edəcək”, – deyə Ayrapetyan bildirib.

Ekspert qeyd edib ki, indiki vəziyyətdə İrəvan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı ilə bağlı minimum şərtlərə belə nail ola bilmir. Ermənistanı “Qərbi Azərbaycan” elan edən Azərbaycan mümkün yeni hərbi əməliyyatlara hazırlaşır və Bakının sülh arzusunu göstərən heç bir tendensiya praktiki olaraq yoxdur. Azərbaycan sülh prosesindən öz maraqları üçün istifadə etməyi çox yaxşı bacarır.

Mən inanıram ki, Bakı sülh müqaviləsində Zəngəzur dəhlizilə bağlı bənddən maksimum istifadə etməyə çalışacaq. Ermənistan hakimiyyəti istənilən güzəştə getməyə hazırdır. Danışıqlar prosesinin özü göstərir ki, hərbi əməliyyatların bərpası təhlükəsi var. Nəzərə alsaq ki, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Ermənistanın bir çox həyati əhəmiyyət daşıyan ərazilərini Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyıb, o zaman biz gözləməliyik ki, Bakı öz məqsədinə çatmaq üçün bütün yolu gedəcək və bu fürsəti Ermənistan hökumətinin başçısı özü açıb. Ermənistan Respublikası üçün reallıqda hərbi əməliyyatların bərpası riski var. Hadisələrin belə inkişafının qarşısını almaq üçün çox ağıllı diplomatik iş görmək lazımdır”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*