Polkovnik Makqreqor: “Zelenski Ukraynadan qaça bilər” backend

Polkovnik Makqreqor: "Zelenski Ukraynadan qaça bilər" 

“Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin uğursuzluqları fonunda ölkəni tərk edə bilər”.

KONKRET.az xəbər verir ki, bunu Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyib.

“Nəhayət, mən inanıram ki, Zelenski sağ qala bilsə, təyyarəyə minib harasa uçacaq”, – Makqreqor öz fərziyyələrini dilə gətirib.

Onun sözlərinə görə, Vaşinqton Ukraynadakı vəziyyətlə bağlı günahını etiraf etmək istəmir və uğursuzluqlara görə məsuliyyəti Kiyev rejiminin üzərinə atmağa çalışır.

Xarici media getdikcə ABŞ və Aİ-nin Ukrayna böhranından yorulmağa başladığını və Volodimir Zelenskiyə dəstəyin zəiflədiyini qeyd edir.

NBC telekanalının məlumatına görə, Amerika və Avropa rəsmiləri artıq Kiyev hakimiyyəti ilə Rusiyanın sülh danışıqlarının mümkün nəticələrini, o cümlədən keçmiş sovet respublikasının razılığa gəlmək üçün imtina etməli ola biləcəyi aspektləri müzakirə edirlər.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*