Polşa iyunun 1-dən Belarus və Rusiyada qeydiyyatda olan yük maşınlarının Belarus ərazisindən ölkəyə girişinə qadağa tətbiq edəcək.
KONKRET.az xəbər verir ki, bu haqda Polşa Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Polşa iyunun 1-dən Belarusla sərhədi keçməyə çalışan Rusiya və Belarusda qeydiyyatda olan yük maşınları və qoşquların yük daşınmasını dayandıracaq”, – deyə məlumatda qeyd olunub.