Polşa döyüş təyyarələrini səmaya qaldırdı – Müharibə HƏYƏCANIbackend

Polşa döyüş təyyarələrini səmaya qaldırdı - Müharibə HƏYƏCANI

Yanvarın 2-də səhər saatlarında Rusiyanın Ukraynaya kütləvi raket hücumu zamanı Polşa döyüş təyyarələrini səmaya qaldırdı.

KONKRET.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələri X sosial şəbəkəsində məlumat yayıb.

“Polşa hava məkanının təhlükəsizliyini təmin etmək üçün iki cüt F-16 qırıcısı və bir müttəfiq hava tankeri yerləşdirilib. Təxminən səhər saat 5:45-də Laskadakı bazada yerləşən qırıcılar havaya qalxıb, saat 6:15-də isə Krzesinydəki bazadan olan digər qırıcılar manevr edib”, – məlumatda deyilir.

Səhər saat 10-dan sonra F-16 qırıcılarının öz bazalarına qayıtdığı bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*