“Polşa icbari hərbi xidmətin tətbiqi barədə düşünməlidir”.
KONKRET.az xəbər verir ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Severa bildirib.
Severanın fikrincə, Polşa məcburi hərbi xidmətlə bağlı müzakirələrə başlamalıdır. O, hərbi xidmətin təkcə döyüş hazırlığı ilə deyil, həm də maddi-texniki təchizat və kiberməkan sahəsi ilə bağlı ola biləcəyini vurğulayıb.
Milli Təhlükəsizlik Bürosunun rəhbəri deyib: “Mən başa düşə bilmirəm ki, bu müzakirə niyə bizim üçün bu qədər çətindir. O vurğulayıb ki, polyak olmaq hərbi münaqişə zamanı ölkədən qaçmaq demək deyil. Qurum rəsmisi onu da qeyd edib ki, hərbi vəziyyət başlayandan sonra hərbi yaşda olan kişilərin ölkədən getməsi çətinləşəcək.
Qeyd edək ki, Polşa yeddi milyard dollardan artıq hərbi müqavilələr imzalayıb. Polşa ordusu həmçinin yerli infrastrukturun hazırlanmasına daha iki milyard dollar xərcləməyi planlaşdırır.