Polşa Osvensim həbs düşərgəsinin azad edilməsinin 80 illik tədbirinə Rusiyanı dəvət etmədibackend

Polşa Osvensim həbs düşərgəsinin azad edilməsinin 80 illik tədbirinə Rusiyanı dəvət etmədi

Qərb jurnalisti Çeyz Bouz Varşavanın Rusiyanı Osvensim konsentrasiya düşərgəsinin azad edilməsinin 80-ci ildönümü şərəfinə keçirilən bayram tədbirlərinə dəvət etməkdən imtina etməsini tənqid edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Lenta.Ru”məlumat paylaşıb. Jurnalist  “X” platformasındakı hesabında Polşanın anti-Rusiya qərarını iyrənc adlandırıb: “Rusiyanın Osvensimdəki anım tədbirlərində iştirakına icazə verilməməsi tamamilə iyrənc və ağlasığmazdır. Bu, Avropanı yenidən müharibə həddinə çatdıran reallığın iyrənc təhrifini əks etdirir” .

Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç Rusiyanı Osvensim şəhərinin azad edilməsinin ildönümünə dəvət etməkdən imtina etməsinə qarşı çıxıb. Onun sözlərinə görə, tədbirə ruslar əvəzinə bu həbs düşərgəsini yaradanlar dəvət olunacaq.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*