“Amerika əsgərləri hər iki dünya müharibəsi zamanı olduğu kimi Avropada sülhü bərpa etmək üçün qan tökməsinlər deyə Rusiya dayandırılmalıdır”.
KONKRET.az xəbər verir ki, bu sözləri Polşa Prezidenti Anjey Duda The Washington Post qəzetinə müsahibəsində deyib.
O bildirib ki, həm ABŞ, həm də digər NATO ölkələri şəxsi maraqları üçün Ukraynaya dəstək verməlidir.
“İndi rus imperializmini ucuza dayandırmaq olar, çünki Amerika və Avropa əsgərləri ölmür. Əgər biz indi Rusiyanı dayandırmasaq, sonra çox yüksək bədəl ödəməli olacağıq”, – deyə qəzet Polşa prezidentinin sözlərindən sitat gətirir.
Anjey Duda bildirib ki, hazırda ukraynalılar qətiyyətli əks-hücum əməliyyatı həyata keçirmək iqtidarında deyillər.
“Bir sözlə, onların daha çox köməyə ehtiyacı var”, – deyə Polşa prezidenti əlavə edib.
Burhan,
KONKRET.az