Polşa prezidenti azərbaycanlı futbolçunun oyununda – FOTOLARbackend

Polşa prezidenti azərbaycanlı futbolçunun oyununda – FOTOLAR

Polşanın yeni Prezidenti Karol Navrotski avqustun 12-də ölkə çempionatı çərçivəsində keçirilən “Lexiya Qdansk” – “Motor Lublin” oyununda iştirak edib.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, Navrotski azarkeşlik etdiyi “Lexiya” klubunun ultraslarının tribunasında olub.

O, bu komandanın sadiq azarkeşi kimi tanınır. Polşa mətbuatının yazdığına görə, Navrotski illər əvvəl bir neçə azarkeş davalarında da iştirak edib. Məsələn, 2009-cu ildə “Lex” tərəfdarları ilə əlbəyaxa olub.

Stadionda Prezident isti qarşılanıb, azarkeşlər onun adını səsləyiblər.

Qeyd edək ki, “Polsat Plyus” stadionunda təşkil olunan matç 3:3 hesablı heç-heçə ilə bitib. “Motor Lublin”in heyətində çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov oyuna 80-ci dəqiqədə daxil olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*