Polşa Slovakiya nümayəndə heyətinə öz ərazisindən Rusiyaya uçmağı qadağan edib.
KONKRET.az xəbər verir ki, bu barədə Slovakiyanın “SNS” partiyasının rəhbəri Andrey Danko özsünün “Facebook” səhifəsində məlumat verib. Daha sonra “SNS”-in mətbuat xidmətindən bildirilib ki, onların təyyarəsi Polşa ərazisindən yan keçməklə uçacaq: “Polşalılar öz əraziləri üzərində uçuşlara qadağa qoyublar, ona görə də biz Çexiya və Almaniya ərazisindən keçməklə Rusiyaya gedəcəyik”. Polşa rəsmiləri vəziyyəti şərh etməyiblər. Danko daha əvvəl bəyan etmişdi ki, Rusiya Federasiyasına səfərinin məqsədi Slovakiya ilə Rusiya arasında enerji sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etməkdir.
Vəli Həsənoğlu,
KONKRET.az