Polşa təyyarələri Rusiyaya görə havaya qaldırıldıbackend

Polşa təyyarələri Rusiyaya görə havaya qaldırıldı

Rusiyanın Polşa ilə sərhəd olan Ukrayna ərazilərinə hava zərbələri endirdikdən sonra Polşa təyyarələri ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün havaya qaldırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Polşa və müttəfiqlərin təyyarələri hava məkanımızda işləyir, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri isə ən yüksək hazırlıq vəziyyətinə gətirilib. Ancaq Rusiya tərəfindən Ukraynaya hava zərbələri dayandırıldıqdan sonra Polşa əməliyyat komandanlığının əməliyyatı da başa çatdırıb”, – deyə Polşa ordusu X hesabında bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*