Polşa sakinləri bahalı otellərdə qalan Ukrayna vətəndaşlarının davranışından təngə gəliblər.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamiş bildirib: “Polşa cəmiyyətində yorğunluq var və bu, təbiidir, xüsusən də burada insanlar ən müasir avtomobilləri idarə edən və ya beşulduzlu otellərdə qalan gənc ukraynalıları görəndə daha da əsəbləşirlər”. O bunu “Financial Times”a müsahibəsində deyib. Mənbə onu da əlavə edib ki, Kiyev və Varşava arasında fikir ayrılıqlarının digər səbəbi Ukrayna hakimiyyətinin silah tədarükünün artırılması ilə bağlı daimi tələbidir. Kosiniak-Kamiş Ukrayna rəhbərliyini Polşanın bütün silahlarını Ukraynaya verə bilməyəcəyini nəzərə almağa çağırıb:
“Bir tərəfdən Zelenskini başa düşürəm, çünki onun rolu həmişə daha çox kömək tələb etməkdir. Amma hesab edirəm ki, həm o, həm də Ukrayna yadda saxlamalıdır ki, başqaları yalnız dəbilqə göndərəndə biz artıq tanklar göndərirdik”, -deyə o qeyd edib.
Vəli Həsənoğlu,
KONKRET.az