Polşada İrana avadanlıq satışı ilə bağlı QALMAQALbackend

Polşada İrana avadanlıq satışı ilə bağlı QALMAQAL

Polşa Milli Prokurorluğu bildirib ki, ölkənin İrana hərbi pilotsuz uçan aparatları təchiz etmək üçün nasos satmasına dair heç bir sübut tapılmayıb. Bununla belə, araşdırma hələ də davam edir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Polşanın “WSK Poznan” şirkətinin İranın mühərrik istehsalçısı “Motorsazan” şirkətinə hərbi pilotsuz uçan aparatlar üçün nasos satması barədə məlumat ortaya çıxıb. Polşa prokurorluğu dərhal bu məsələ ilə bağlı araşdırmalara başlayıb. Lakin heç bir sübut tapılmayıb.

Prokurorluqdan bildirilib ki, araşdırma iki ildir davam edir və şirkətin baş direktoru ətraflı izahat verib. Davam edən istintaq çərçivəsində şirkət strateji əhəmiyyət kəsb edən məhsulları lisenziyasız satmaqda ittiham olunur və onun rəhbərliyini 10 ilədək həbs cəzası gözləyir.

Nümayəndə eyni zamanda, şirkətin Rusiyaya hərbi texnika ilə dəstək verən İrana ikili təyinatlı məhsullar satmaqla Aİ-nin Rusiyaya qarşı sanksiyalarını pozub-pozmadığını deyə bilməyib. O, sadəcə olaraq məsələnin çox gizli olduğunu bildirib.

Bu arada Polşanın daxili işlər naziri Tomaş Siemonyak iyulun 18-də keçirdiyi mətbuat konfransında bildirib ki, ölkə sanksiyaları daha ardıcıl şəkildə həyata keçirmək və boşluqların qarşısını almaq üçün səy göstərir.

“Milli Vergi Administrasiyası digər xidmətlərlə əməkdaşlıq edərək bir neçə aydır ki, sanksiyalar və embarqolardan yayınmamaq üçün intensiv iş aparır”.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*