Polşada prezident Duda haqqında yazılan kitab satışdan çıxarıldıbackend

Polşada prezident Duda haqqında yazılan kitab satışdan çıxarıldı

Polşada prezident Andjey Duda haqqında yazılmış “Debil. Hadisənin öyrənilməsi” adlı kitab ölkənin ən böyük kitab mağazalar şəbəkəsi tərəfindən satışdan çıxarılıb.

KONKRET.az xəbər verir ki, Empik şəbəkəsinin mətbuat katibi Anna Qut-Mostova bu qərarın, kitabın Polşa Cinayət Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndini – prezidentin publik şəkildə təhqir olunması – pozması ilə bağlı çoxsaylı şikayətlər əsasında qəbul edildiyini açıqlayıb.

Bununla belə, yerli KİV-lərin məlumatına görə, kitab satışda yüksək maraqla qarşılanıb. İlkin 3000 nüsxəlik tiraj dərhal satılıb, əlavə 6000 nüsxənin isə yarıdan çoxu artıq tükənib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*