Polşada prezident seçkilərinin ikinci turu olacaq – Duda qələbə qazana bilmədibackend

Polşada prezident seçkilərinin ikinci turu olacaq - Duda qələbə qazana bilmədi

Polşada prezident seçkilərinin ikinci turu gözlənilir. Bunu exit-poll məlumatları sübut edir. Anketlərə görə, indiki dövlət başçısı Andjey Duda 42% səs toplayıb. İkinci yerdə Varşavanın meri Rafal Tşaskovskidir (30% -dən çox).

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Euronews telekanalı yayıb.

Mənbə bildirir ki, prezident seçkilərinin ilk turu Polşada keçirilib. İyunun 28-i yerli vaxtla günorta saatlarında seçicilərin fəallığı 24%-i keçib.

Ən yüksək vəzifəyə 11 namizəd olub. Onların arasında hazırkı dövlət başçısı Andjey Duda hakim Hüquq və Ədalət partiyası tərəfindən dəstəklənir və ən böyük müxalifət partiyası olan “Vətəndaş Platforması”ndan Varşava meri Rafal Tşaskovski də var.

Duda ilk turda qələbəni proqnozlaşdırmışdı, amma toplanan səslər seçilmək üçün yetərli olmayıb.

Müşahidəçilərə görə, iyulun 12-nə planlaşdırılan ikinci turda, sadəcə Duda və Tşaskovski mübarizə aparacaq.

Babək Göyüş                                     

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*