Polşada prezident seçkisi iyunun 28-də keçiriləcəkbackend

Polşada prezident seçkisi iyunun 28-də keçiriləcək

Polşada prezident seçkiləri 28 iyun 2020-ci il tarixinə təyin edildi.

KONKRET.az xəbər verir ki, bunu bu gün parlamentin aşağı palatasının spikeri Eljbeta Vitek açıqladı.

Onun sözlərinə görə, Dövlət Seçki Komissiyası bu seçki planını dəstəkləyib.

Seçki tarixinin elan edilməsindən sonra Polşada artıq seçki kampaniyası başladı.

“Çox istərdim ki, seçki kampaniyası dövründə rəqabət ədalətli olsun və iyunun 28-də Polşa prezidentini birinci turda seçək. Əgər belə olmasa, iki həftədən sonra ikinci tur keçiriləcək və 6 avqusta qədər yeni bir dövlət başçısı seçiləcək və and içəcək” dedi.

Bundan əvvəl Polşada prezident seçkisinin pandemiyaya görə  iyunun 10-da elektron poçt vasitəsi ilə keçiriləcəyi bildirilmişdi.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*