Polşa Xarici İşlər Nazirliyi respublika vətəndaşlarına Rusiya Federasiyasının ərazisini tərk etməyi məsləhət görüb.
KONKRET.az xəbər verir ki, müraciətdə deyilir:
“Biz Rusiyada qalan Polşa vətəndaşlarına yaşadığı ərazini tərk etməyi məsləhət görürük”.
İyulun 18-də Polşa Xarici İşlər Nazirliyi səbəb kimi Varşavanın dost olmayan ölkələr siyahısında yer almasını və konsulluq işçilərinin ixtisarını göstərib. Bu səbəbdən də respublika vətəndaşlarını Rusiya Federasiyasına səfər etməməyə çağırıb.
Müşviq Tofiqoğlu
KONKRET.az