Polşanın hava məkanı pozuldubackend

Polşanın hava məkanı pozuldu

Polşanın şərqində səmada 1-2 metr uzunluğunda qara obyekt görünüb.

KONKRET.az xəbər verir ki, bunu ölkənin şərqindəki Lublin bölgəsindəki Komarov-Osada kommunasının rəhbəri Vislava Sienkovska deyib.

Bundan əvvəl Polşa Silahlı Qüvvələrinin operativ komandanlığından bildirilib ki, cümə günü səhər saatlarında naməlum obyekt Ukrayna tərəfdən Polşanın hava məkanına daxil olub. Onu hava hücumundan müdafiə vasitələri müşayiət edib, sonra isə radarlardan itib.

Operativ komandanlığın mətbuat katibi Yaçek Qorişevsk jurnalistlərə bildirib ki, əvvəlcə həyəcan siqnalı verilib: “ Daha sonra bağ sahibi təyyarənin altından, alçaqdan uçan, təxminən bir-iki metr uzunluğunda qara obyektin havada olması barədə məlumat verib. Hələlik həmin obyektin hara düşməsi barədə məlumatımız yoxdur”.

Polşa prezidenti Anjey Duda ölkənin hava məkanının pozulmasından sonra hərbi rəhbərliklə təcili iclas çağırıb.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*