Polşanın Kalininqraddakı konsulluğu rəsmən bağlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Axar.az konsulluğun saytına istinadən məlumat yayıb.
Məlumata görə, Kalininqraddakı Baş Konsulluğunun bağlanış mərasimi Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevskinin iştirakı ilə baş tutub.
Qeyd edək ki, mayın 12-də Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə rəhbərliyinin Rusiyanın Krakovdakı Baş Konsulluğunun bağlanması barədə qərar qəbul etdiyini bildirib. Buna Rusiya xüsusi xidmət orqanlarının Varşavadakı ticarət mərkəzlərindən birində təxribat törətməkdə əli olması səbəb göstərilib.
Öz növbəsində, Rusiyanın Polşadakı müvəqqəti işlər vəkili Andrey Ordaş cavab tədbiri olaraq Polşanın Kalininqrad və ya İrkutskdakı konsulluğunun bağlana biləcəyini bildirmişdi.