Pomidor və xiyar niyə bahalaşıb? – Videobackend

Pomidor və xiyar niyə bahalaşıb? - Video

Paytaxt bazarlarında pomidor və xiyarın qiyməti artıb. 

KONKRET.az xəbər verir ki,bir neçə gün əvvəl 70 qəpiyə satılan xiyar 1 manat 50 qəpiyə, 1 manata satılan pomidor isə 2-3 manata təklif edilir. Elə alıcılar da bu məhsullarda qiymət artımının olduğunu deyirlər.

Pomidor və xiyarda 2 dəfədən artıq qiymət artımının olduğunu satıcılar da təsdiqləyirlər. Onlar mövsümi tərəvəzlərin belə bahalaşmasını havanın tez-tez dəyişməsi ilə əlaqələndirirlər.

Satıcılar bildiriblər ki, yaxın günlərdə bu məhsulların yenidən ucuzlaşacağı gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*