“Ərdoğanın etirafı sübut edir ki, İran Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmin olunmasında yeganə maneə olaraq qalır”.
KONKRET.az xəbər verir ki, bu barədə politoloq Ara Poqosyan yazır.
“Bunun çox sadə izahı var: indiki mərhələdə İrana qarşı olanlar Türkiyə və Azərbaycanın strateji maraqlarına xidmət edən anti-İran əhval-ruhiyyəsi formalaşmasına xidmət edir.
Təəssüf ki, bu insanlar arasında təkcə qərbpərəstlər deyil, özlərini millətçi kimi qələmə verənlər də var.
Yeri gəlmişkən, mən artıq bir neçə iranlı ekspertin qorxusu ilə qarşılaşmışam ki, əgər indiyədək Türkiyə və Azərbaycan Zəngəzuru hərbi yolla işğal edib Ermənistan-İran sərhədini bağlaya bilməyibsə, deməli, siyasi yolla bunu edəcək.
Vəziyyət o həddədir ki, İran, ilk növbədə, Ermənistanın hərbi-siyasi rəhbərliyinə inanmır və bu, bizə dağıdıcı təsir göstərə bilər.
Bu, günün ən pis vəziyyətidir”, – deyə Poqosyan yazıb.
Natiq Səlim,
KONKRET.az