Portuqaliya sahillərinə yaxın ərazilərdə 250-yə yaxın xəzinə yüklü gəmi aşkar edlibbackend

Portuqaliya sahillərinə yaxın ərazilərdə 250-yə yaxın xəzinə yüklü gəmi aşkar edlib

Portuqaliya sahillərində 250-yə yaxın xəzinə yüklü gəmi qalıb, onlardan birində 22 tona qədər qızıl və gümüş ola bilər.

KONKRET.az xəbər verir ki, tapıntı barədə portuqaliyalı arxeoloq Alessandri Monteyro məlumat yayıb. “Observador” qəzetinə verdiyi müsahibədə Monteyro bildirib:”Əlimizdə olan məlumata görə, dənizin dibində xəzinələrlə dolu 250 gəmi var”.

Alimin sözlərinə görə, o, Portuqaliya sularında, Madeyra sahilləri, Azor və materik yaxınlığında batan gəmilərin əksəriyyətinin yerini müəyyən etməyə imkan verən məlumat bazası yaratmağa nail olub: “Mən bilirəm ki, 1589-cu ilə aid İspaniyanın “Nossa Senhora do Rosario” gəmisi dənizin dibində Troyanın qarşısında yerləşir. Araşdırmaya görə orada 22 ton qızıl və gümüş var”.

Portuqaliya 15-16-cı əsrlərdə Cənubi Amerika, Afrika və Şərqi Hindistanda  hökmranlıq edən ən böyük müstəmləkəçi dövlətlərdən biri olub. Portuqaliya müstəmləkə imperiyasının tədricən parçalanması nəticəsində Braziliya, Anqola, Mozambik kimi müstəqil dövlətlər yaranıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*