“Poz,qazan”, “Topaz”, “misli.az” kimi oyunlar bir qrup şəxsin varlanmasına hesablanmış layihələrdir — Daha bir deputatdan SƏRT AÇIQLAMAbackend

“Poz, qazan”, “Topaz”, “misli.az” kimi oyunlar bir qrup şəxsin varlanmasına hesablanmış layihələrdir — Daha bir deputatdan SƏRT AÇIQLAMA

“90-cı illərin əvvəllərində Bakıda çoxsaylı kazinolar, yüksək faizlə dividendlər vəd verməklə, əhalinin pullarını mənimsəyən maliyyə piramidaları at oynadırdı”.

KONKRET.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəmməliyev deyib. Deputat əlavə edib ki, onların fəaliyyəti cəmiyyət tərəfindən olduqca narazılıqla qarşılanırdı:

“Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə həmin obyektlər bağlandı və minlərlə ailələrin dağılmasının qarşısı alındı. “Poz, qazan”, “Topaz”, “misli.az” kimi oyunlar bir qrup şəxsin varlanmasına hesablanmış layihələrdir.

Sadəlövh vətəndaşlar, ələlxüsus asan gəlir götürmək üçün xəyallar quran gənclər bəxtlərini sınamaq üçün bu oyunlara baş vurur və bir neçə dəfə oynadıqdan sonra proses vərdişə çevrilir. Məşhur filmdə deyildiyi kimi, “bir növ adətkarda olurlar”. Beləliklə asılılıq yaranır. Varlanmaq ümidləri puça çıxır. Bu da bir çox ailələrin faciəsinə səbəb olur”.

N.Məhəmməliyev qeyd edib ki, bu tipli oyunlar dövlətin ciddi nəzarəti altında aparılmalıdır:

“Çünki mümkün mübahisəli məsələlərin həlli dövlət orqanları tərəfindən qanunvericiliyə və milli-mənəvi dəyərlərimizə uyğun həllini tapmalıdır. Şəffaflıq prinsipləri  qorunmalı, uduş fondu beynəlxalq normalara uyğun olmalı, əldə olunan gəlir cəmiyyətin inkişafına xidmət etməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*