Praqa koronavirusla vidalaşdı, sakinlər küçələrdə yeyib-içdilər – FOTOLARbackend

Praqa koronavirusla vidalaşdı, sakinlər küçələrdə yeyib-içdilər - FOTOLAR

Çərşənbə axşamı iyunun 30-da Praqanın əlamətdar yeri olan “Charles Bridge”də  koronavirusla “simvolik olaraq vidalaşdıqları” bir ziyafət təşkil edilib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Novinki nəşri yayıb.

Mənbə bildirir ki, minlərlə sakinin evdən gətirdikləri yemək və içkilərlə bölüşərək yarım kilometrlik masada oturduqları qeyd olunur.

Təşkilatçıların şərh etdiyi kimi, tədbir koronavirus böhranının keçmiş çətin dövrü ilə vidalaşmaya və qarşıdan gələn yay tətilinə həsr olunub.

Bayram bütün ziyarətçilər üçün pulsuz olub, lakin gigiyenik və təşkilati səbəblərdən qeydiyyatdan keçiblər. Yerində qeydiyyata alınan şəxslər masaya oturmaq üçün dəvətnamə simvolu olan bir nişan alıblar.

Ziyafət iştirakçıları maskasız olublar və sosial məsafəyə riayət etməyiblər.

Tədbirin təşkilatçıları turistlər üçün giriş məhdudiyyətləri səbəbindən bağlı olan ən qədim Çex körpüsünün əsasən boş olduğu qeyri-adi vəziyyətdən yararlanmaq istədiklərini söyləyiblər.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*