backend

Prezident: "Azərbaycanın ərazi bütövlüyünün imza ilə təsdiqlənməsini gözləyirik"

“Biz artıq Azərbaycanın ərazi bütövlüyünün bəyanatlarla deyil, imza ilə təsdiqlənməsini gözləyirik”.

KONKRET.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirib.

“Ermənistanın ərazisini işğal etmək kimi bir hədəfimiz yoxdur”, – deyən dövlət başçısı vurğulayıb ki, bəzən əsassız olaraq bizi bunda ittiham edirlər. “Biz bunu etmək istəsəydik, edərdik. Bunu açıq şəkildə bəyan edirəm. İstənilən nöqteyi-nəzərdən Azərbaycan üçün böyük problem deyil. Onlar bir gün ərzində öz silahlarını yerə qoydular və bizim bayrağımız Xankəndidə ucaldıldı. Biz bunu etmək istəmirik. Biz bunu etmiriksə, bu o deməkdir ki, mən bu məsələdə haqlıyam”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*