Prezident: “Beynəlxalq münasibətlərdə Pakistanla bir-birimizə dəstəyi davam etdirəcəyik”backend

Prezident: "Beynəlxalq münasibətlərdə Pakistanla bir-birimizə dəstəyi davam etdirəcəyik"

“İki qardaş ölkə olaraq (Azərbaycan və Pakistan – red.) biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik”.

KONKRET.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham ƏliyevPakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında səsləndirib.

“Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*