Prezident bir sıra sənədləri təsdiqlədibackend

Prezident bir sıra sənədləri təsdiqlədi

Elektron məhkəmə” informasiya sistemi “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə inteqrasiya ediləcək.

KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə valideyn-namizədlərin vahid uçotunu apararkən Məhkəmə-Hüquq Şurası üzrə “Elektron məhkəmə” informasiya sistemindən də istifadə edəcək.

Qeyd edək ki, “Elektron məhkəmə” informasiya sistemi üzrə səlahiyyətli qurum dəyişib, Ədliyyə Nazirliyi Məhkəmə-Hüquq Şurası ilə əvəzlənib.

***

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi artırılıb.

KONKRET.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi

146 ştat vahidindən 164-ə, o cümlədən Xidmətin Aparatı üzrə 51 ştat vahidindən 57-ə və regional bölmələri üzrə 95 ştat vahidindən 107-ə qaldırılıb.

***

“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək.

KONKRET.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Mühasibat uçotu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti “e-mühasibat” informasiya sistemi haqqında əsasnaməni dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Eyni zamanda Nazirlər Kabineti büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması mərhələlərini üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Maliyyə Nazirliyi isə “e-mühasibat” informasiya sisteminin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər və “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*