Prezident DGK sədrinin 2 müavini vəzifəsini ləğv etdibackend

Prezident DGK sədrinin 2 müavini vəzifəsini ləğv etdi

Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”sində dəyişiklik edilməsi barədə fərman imzalayıb.

KONKRET.az xəbər verir ki, fərmana əsasən, DGK sədrinin 2 birinci müavini vəzifəsindən biri, 4 müavini vəzifəsindən də biri olmaqla, iki müavin vəzifəsi ləğv edilib.

Qeyd edək ki, hazırda DGK sədrinin 2 birinci müavin vəzifəsinin hər ikisi boşdur, həmçinin bir müavin vəzifəsi də vokantdır.

Belə ki, DGK sədri Şahin Bağırovun hazırda 3 müavini var – Bəhruz Quliyev, Natiq Şirinov və Cavad Qasımov.
Fərmandan sonra DGK sədrinin yalnız bir – birinci müavin vəzifəsi boşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*