Prezident nəyə görə “Mən qarşı tərəf kimi ancaq Rusiya Federasiyasını tanıyıram”, – dedi?backend

Prezident nəyə görə “Mən qarşı tərəf kimi ancaq Rusiya Federasiyasını tanıyıram”, - dedi?

Bu gün məcburi köçkünlərin Dağlıq Qarabağ və ətraf ərazilərə qayıdışını və məskunlaşmasını təmin etmək məqsədi ilə prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılıb. Fərmanın sosial-iqtisadi mahiyyəti ilə yanaşı, böyük siyasi əhəmiyyəti var. Bu, Azərbaycan dövlətinin Qarabağ məsələsində qətiyyətinin təcəssümüdür. Bu fərman həm də son günlər gərilmiş əsəblərə səpilən sərin sudur.

Məlum olduğu kimi, son vaxtlar Ermənistan mətbuatı və bəzi Rusiya KİV-ləri davamlı dezinformasiya ilə məşğuldur. Qarşı tərəf müxtəlif məzmunlu informasiyaları dövriyyəyə buraxılır. Bu informasiyalar Ermənistanın daxili auditoriyası və Qarabağ erməniləri üçün nəzərdə tutulsa da, Azərbaycanda da müəyyən narahatlıqlar yaradır.

Prezident İlham Əliyevin bu günkü fərmanı həmin narahatlığa son qoydu. Bu, o deməkdir ki, erməni tərəfi ancaq danışır, gələcək üçün proqnozlar verir. Azərbaycan isə danışmır, sadəcə iş görür. Fərmanın icra istiqamətləri bütün Qarabağı və ətraf əraziləri əhatə edib. Bu da o deməkdir ki, bəzi erməni separatçılarının dediyi kimi, Dağlıq Qarabağın ermənilər yaşayan ərazilərində Azərbaycan qanunları heç də keçərsiz deyil. Sadəcə, hər şeyin zamana ehtiyacı var.

Bu gün azərbaycanlılar hələ gedib Qubadlıya, Zəngilana, Kəlbəcərə çıxa bilməyiblər. Bunun da tək səbəbi əhalinin təhlükəsizlik məsələsidir. Çünki Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ və ətraf əraziləri başdan-başa minalayıblar. Üstəlik, işğaldan azad olunmuş ərazilərdə kommunikasiya xəttləri mövcud deyil. Minumum yaşayış imkanlarından isə söhbət gedə bilməz. Kommunikasiyanın qurulması, ərazilərin minalardan təmizlənməsi prosesi ən azı bir neçə il çəkəcək.

Respublika prezidentinin fərmanı ilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılması da bu proseslərin sürətləndirilməsinə hesablanıb. Amma bütün hallarda bu, bir günün, beş günün işi deyil. Bu prosesin uzun və ağrılı olmasını ermənilər də bilir. Və bu zamanın onların xeyrinə işlədiyini düşünürlər. Güya ki, azərbaycanlılar Qarabağa gəlib çıxana qədər, ermənilər yenidən toparlanacaq və müharibəyə başlayacaqlar. Amma bu cür fikirləşənlər ciddi şəkildə yanılırlar.

Əvvəla, ona görə ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Ermənistanla Qarabağı daha əvvəlki kimi İran sərhədindən başlayıb, Gədəbəyə qədər uzanan 300 kilometrlik sərhəd xətti birləşdirmir. Artıq Qarabağ erməniləri blokada şəraitindədir. İstənilən vaxt Bakı Laçın dəhlizini bağlamaq imkanına malikdir.

İkincisi, 10 noyabr sülh anlaşmasını faktiki olaraq Azərbaycanla Rusiya imzaladı. Ermənistan müqaviləni imzalamağa sadəcə məcbur edildi. Ona görə də Azərbaycanın qarşısında Ermənistan deyil, Rusiya məsiliyyət daşıyır. Xatirinizdədirsə, bu yaxınlarda Ermənistan tərəfi Azərbaycanla müəyyən danışıqlar aparmaq istədi. Lakin prezident İlham Əliyev bu təklifi qətiyyətlə rədd etdi. Və bəyan etdi ki, “Mən qarşı tərəf kimi ancaq Rusiya Federasiyasını tanıyıram”. Bu artıq bir çox sualların konkret cavabıdır.

Üçüncüsü, Ermənistan müharibəyə başlayacağı təqdirdə daha böyük fəlakətlə üzləşə bilər. Bəlkə də Ermənistan bir dövlət kimi xəritələrdən silinmək məcburiyyəti ilə izləşə bilər.

Ona görə də Ermənistan tərəfinin hay-küyü dəyirmanın çax-çaxından başqa bir şey deyil. Ermənistan elə bir iqtisadi-siyasi böhrana girib ki, onun özünə gəlməsi ən optimist variantda 3-5 il çəkəcək. Hələ onu demirəm ki, erməni cəmiyyəti deqredasiyaya uğrayıb. Mənəvi erroziya gedir. 200 illik erməni faşistlərinin “dənizdən-dənizə böyük Ermənistan” xülyası 44 günlük müharibədə elə bir zərbə alıb ki, onun bir daha özünə gəlməsi qeyri-mümkündür.

Bu gün ermənilər arasında çoxvektorlu mübarizə başlayıb. Faşistlərlə neofaşistlər, radikallarla liberallar, qərbpərəstlərlə ruspərəstlər arasında güclü bir savaş gedir. Doğrudur, ermənilər bunu bütün vasitələrlərlə gizlətmək istəyir. Lakin oğurluqla fahişəliyi yalnız 40 gün gizlətmək olar. Ermənilərin bu gün ən böyük qorxusu Azərbaycandan aldıqları məğlubiyyət deyil, özünü etirafdır. Ermənilər nə qədər ki, xəstə ideyalardan qurtula bilməyiblər və 200 illik ideyaların cəfəng bir şey olduğunu kütləvi şəkildə etiraf etməyiblər, bir  o qədər də yaratdıqları milli bataqlıqda boğulacaqlar. Bataqlıqdan isə revanş götürmək mümkün deyil.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*