Prezident özəl tibb müəssisələrində uşaq doğuşu məsələsinə müdaxilə etdibackend

Prezident özəl tibb müəssisələrində uşaq doğuşu məsələsinə müdaxilə etdi

Özbəkistanda özəl tibb müəssisələrinə doğuşla məşğul olmağa icazə verilib. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu, dövlət başçısının “Reproduktiv yaşda olan qadınlara, hamilə qadınlara və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və əhatə dairəsinin daha da genişləndirilməsi haqqında” sərəncamında nəzərdə tutulur.

Doğuş kimi tibbi fəaliyyətlə məşğul olmaq üçün icazə yalnız Ümumdünya Səhiyyə Təşkilatının Təhlükəsiz Analıq strategiyasının tələblərinə uyğunluğunu təmin edə biləcək özəl tibb müəssisələrinə verilir.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Yeri gəlmişkən, tələb olunur ki, belə özəl klinikalarda ilə doğum və reanimasiya şöbəsi, yeni doğulmuşlar üçün reanimasiya şöbəsi, vaxtından əvvəl körpələrə qulluq, endovisual ginekologiya, bakterioloji və klinik-biokimyəvi laboratoriya, yüksək ixtisaslı tibb işçiləri olmalıdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*