Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələri təltif edilib.
KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, KONKRET.AZ xəbər saytının baş redaktoru Paşayev Fadil Tahir oğluna Azərbaycanda milli mətbuatın inkişafında xüsusi xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adı verilib.